Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 3 otaqlı evdə baş verib.
Evin 1-ci mərtəbəsində məişət qaz balonunun alışması nəticəsində bir otağın ev əşyaları 12 kv.m sahədə yanıb, yüksək temperaturdan otağın və dəhlizin tavanı 17 kv.m sahədə qarsalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB