Bakıda dəhşətli qətl
Qadın ərini qətlə yetirib

Bakıda dəhşətli qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 22-dən 23-nə keçən gecə Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vüqar Kərimovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti yaşadığı evdə aşkarlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin V. Kərimovun arvadı Nuridə tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə