Avtobus qəzaya uğradı: 16 ölü, 12 yaralı

Hadisə İranda baş verib
Avtobus qəzaya uğradı:  16 ölü, 12 yaralı

İranda turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb. Tasnim Agentliyi xəbər verir ki, hadisə iyulun 23-də Tehranın şimalındakı Kərəc-Çalus avomobil yolunda baş verib.

Məlumata görə, avtobus elektrik dirəyinə çırpılaraq aşıb. Nəticədə 16 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisə yerinə 6 təcili tibbi yardım, 2 xilasetmə avtomobili və 25 nəfər xilasedici cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Məlumata görə, avtobusda 28 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə