Lənkəranda ağıq yol qəzası baş verib

İki nəfər ölüb, biri yaralanıb
Lənkəranda ağıq yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə ötən gecə Ələt-Astara magistralında qeydə alınıb.

Rusiya Federasiyasına məxsus VAZ-21099 markalı minik avtomobili "Ford" markalı avtomobillə toqquşub. Güclü zərbədən "VAZ-21099"un sürücüsü, rayonun Xanbulan kənd sakini, 1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və sərnişini olan həmkəndlisi, 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Minik avtomobilinin digər sərnişini, rayonun Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə