Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İran İslam Raspublikasindan piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. SİA-nın məlumatına görə, yoxlama zamanı onun daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 7.208 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB