Ayağını mişarla kəsdi

Quba sakini elektrik mişarı ilə ehtiyatsız davranıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 22-də Quba rayonunun Adur kəndində yaşayan Saleh Qazıxanov evində elektrik mişarı ilə ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə