7 nəfər dənizdə boğulub

Azərbaycanda bir gündə 7 nəfər dənizdə boğulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 20-də Bakı şəhər sakinləri Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Dəvəçi rayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində çimərkən boğulublar.

Meyitlər sudan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə