Zaqatala rayonunda qanunsuz ov edən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd zonasında yerləşən Ağdamkələl və Xalxal göllərində qanunsuz ov edən Sumqayıt şəhər sakinləri Mərdan Hüseynov və Mətləb Feyziyev saxlanılıb. Onlara məxsus "Mitsubishi" markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olan "Cifsan" və "Churchill" markalı tüfənglər, 78 ədəd patron, 4 ədəd bıçaq, 1 ədəd balta, çadır və digər əşyalar aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB