Tövlə yandı

Ucarda yanğın faktı qeydə alınıb. SIA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonu, Qarabörk kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin yanar konstruksiyaları 33 kv.m sahədə və tövlənin içərisinə yığılmış 500 kq ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə