Şabranda yanğın söndürülüb

Şabran rayonunda geniş ərazini əhatə edən yanğın baş verib. İyulun 14-ü saat 11 radələrində Gəndov kəndi ərazisində biçilmiş taxıl zəmilərində başlayan yanğın 500 hektara yaxın sahəni əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yaxınlıqdakı üzüm plantasiyaları yanğından mühafizə olunub.

Havanın küləkli olması alovun qısa müddətdə daha geniş əraziyə yayılmasına səbəb olub. Bununla belə, yanğının yaşayış məntəqələrinə keçməsi ehtimalı yoxdur.

Yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə