Bakı şəhəri, Səbail rayonu Z.Əliyeva küçəsi 24/52 ünvanında yanğın hadisəsi qeydə alınıb. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, yanğın 4 mərtəbəli binanın ikinci mərtəbəsində qeyri yaşayış yerində baş verib.
Lakin I,II, III mərtəbənin sakinləri ərazidən təxliyə ediliblər.
İlkin məlumatlara görə, tüstülənmə mürəkkəb taxta konstruksiyalı binanın 2-ci mərtəbəsinin arakəsmə divarlarından başlayıb
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri, eləcədə Səhiyyə Nazirliyinin Təcili tibii yardım briqadaları cəlb edilib.
Vətəndaşlardan xəsarət alan olmasa da,yanğınsöndürmə zamanı FHN-nin 1 əməkdaşı tüstüdən zəhərlənməklə yanaşı, zədə alıb. Lakin həkimlərin müdaxiləsi əsasında zərərçəkənin səhhətində ciddi problemlər olmayıb.
Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.


.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB