İstirahət mərkəzində yanğın olub

İstirahət mərkəzində yanğın olub

Tovuzda istirahət mərkəzində yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Qoşa kəndində vətəndaşa məxsus ailəvi-istirahət mərkəzində ümumi sahəsi 75 kv.m olan taxta konstruksiyalardan 4 otaqdan ibarət kotecin yanar konstruksiyaları 45 kv.m sahədə yanıb.

Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə