Ağdaşda yanğın

Ağdaşda yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağdaşda vətəndaşa məxsus fermanın ərazisində ümumi 105 kv.m olan talvarın altına yığılmış 3 ton ot bağlamasnın 2 tonu yanıb. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə