Ferma yandı

Qax rayonu, Almalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 1760 kv.m olan fermanın çardağının yanar konstruksiyaları 300 kv.m sahədə və çardağa yığılmış 3 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadə verdiyi xəbərə görə, fermanın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə