Dənizdə batan şəxs xilas edildi

Dənizdə batan şəxs xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. SİA nazirliyin saytına istinadən xəbər verir ki, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:28-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə