Bakıda saxta əsginaslar satan şəxslər tutulub. SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Pərvin Yusifov 57 ədəd 100 manatlıq, 146 ədəd 50 manatlıq (13 000 manat) saxta əsginasları paytaxtın Nizami rayonu ərazisində 2 300 ABŞ dollarına satarkən tutulub.
Saxta pulları satış məqsədilə P.Yusifovla birgə hazırlamış Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Quliyev də müəyyən edilərək tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB