Bakıda minik avtomobili yanıb

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "HONDA" markalı minik avtomobilinin qabaq təkərləri və mühərrik hissəsi yanıb. SİA-nın məlumatına görə, avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə