Ağcabədidə ağır yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 7-də saat 17 radələrində Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sürücü və sərnişinləri, rayon sakini Şəhriyar Dədəkişiyev və Ağcabədi şəhər sakini Mətanət Məmmədova xəstəxanaya yerləşdiriliblər. V.Hüseynquliyev və Ş.Dədəkişiyev orada ölüblər.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB