4 ton ot bağlaması yanıb

Xaçmaz rayonu, Hacıməmmədoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 15 ton ot bağlamasının 4 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə