Avtomobillərə qənim kəsilən şəxt tutulub

Paytaxtda daha bir oğurluq hadisəsinin üstü açılıb. SİA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 2 avtomobil qaçırmış Bakı şəhər sakini Zakir Mustafayev tutulub.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi, Əlahiddə Çevik Polis Alayı, Nərimanov RPİ 17-ci PB və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Bakı şəhər sakini Əfqan İsmayılova məxsus "VAZ-21011" markalı, iyunun 3-də Aydın Əliyevə məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırmış Bakı şəhər sakini Zakir Mustafayev tutulub.

Araşdırmalar zamanı Z.Mustafayevin qeyd edilən avtomobilləri Maştağa qəsəbə sakini Məcid Məcidova verməsi, sonuncunun isə həmin avtomobilləri hissələrə bölərək satması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məcidov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə