Ötən gün axşam saat 11 radələrində Şəkidə yol qəzası baş verib. Hadisə Salman Mümtaz küçəsi və Heydər Əliyev prospektinin kəsişməsində yerləşən dairədə meydana gəlib.
Belə ki, Qoxmuq kənd sakini 1976-cı il təvəllüdlü Saatov Rafiq idarə etdiyi motosikletlə dairəyə çırpılıb. Qəza nəticəsində Rafiq Saatov ağır xəsarət alıb. Xəstə dərhal Şəki RMX-na çatdırılıb. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Şəki RMX-dan verilən məlumata görə hazırda xəstənin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB