Bakıda evdə yanğın hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 4-də saat 15 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Qasım Qasımovun evində yanğın baş verib.
Nəticədə 70 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan Q.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB