Şadlıq evində yanğın

Paytaxtda şadlıq evində yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 kv.m olan üçmərtəbəli şadlıq evinin foyesində yerləşən bar 8 kv.m sahədə yanıb.

Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə