Bərdədə maşın piyadanı vuraraq hadisə yerindən qaçıb. Hadisə Bərdənin Heydər Əliyev prospektində baş verib. Vaz Niva markalı minik avtomobili yolu keçmək istəyən piyada, Bərdə rayon sakini, 33 yaşlı Əbilova Günay Mikayıl qızını vuraraq qaçıb. Ağır kəllə beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal ətrafdakı insanların köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralıya müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti orta ağır olaraq qalır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB