Keçmiş məhkumda silah tapıldı

Keçmiş məhkumda silah tapıldı

Bakıda keçmiş məhkum silahla yaxalanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Musayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TT" markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə