Çoxmərtəbəli yaşayış binasında yanğın

Çoxmərtəbəli yaşayış binasında yanğın

Suraxanı rayonunda vətəndaşa məxsus mənzildə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin bir otağında məişət əşyaları, mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 12 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə