Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirərkən 1930-cu il təvəllüdlü Niyazi İsa oğlu Osmanovun vəfat etdiyi məlum olub.

Xilaesdicilər vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə