İyulun 3-də Bakının Binəqədi rayonu ərazisində, Naxçıvani küçəsində ikimərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, yanğın zamanı vətəndaşa məxsus, ümumi sahəsi 210 kvadratmetr olan müxtəlif təyinatlı binanın dam örtüyü yanıb.
Alovun söndürülməsi üçün dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası cəlb edilib. Alov saat 18:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Obyektin qalan hissəsi, ona bitişik tikililər və yaxınlıqdakı yaşayış binası yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB