Füzuli rayonu, Horadiz qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan taxta konstruksiyadan ibarət tövlənin dam örtüyü 80 kv.m sahədə və içərisinə yığılmış 1,5 ton ot bağlamasının 0,5 tonu yanıb.SIA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu və ev quşları yanaraq tələf olub. Hadisə nəticəsində 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB