Mağazaya girən oğru "həyəcan"landı

Mağazaya girən oğru "həyəcan"landı

Mağazada quraşdırılan "həyəcan" siqnalı oğrunun işini yarımçıq qoydu. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, iyulun 1-nə keçən gecə paytaxtın Nizami rayonunun Naxçıvanski küçəsindəki mağazalardan birindən Rayon Mühafizə İdarəsinə "həyəcan" siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən pəncərə şüşəsini sındıraraq oraya girmiş Oğuz rayon sakini Seymur Çələbiyev saxlanılaraq 24-cü PB-yə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə