19 yaşlı qız intihar etdi

Neftçalada 19 yaşlı qız ntihar edib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Kür Qarabuçaq kəndində 1 nəfər intihar məqsədi ilə özünü Kür çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralıda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1997-ci il təvəllüdlü, Məmmədova Şəfa Şakir qızının cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 09:05-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə