Yanğında 5 nəfər zəhərlənib

Yanğında 5 nəfər zəhərlənib

"Maşın bazarı"nda baş verən yanğında 5 nəfər zəhərlənib. SİA-nın xəbərinə görə, zəhərlənənlər Bakı şəhər sakinləri Əlzamin Rustəmov, Əhməd Xəlilov, Seymur Novruzov, Azər Xəlilov və Rafael Novruzovdur.

Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində tüstü zəhərlənməsindən yardım aldıqdan sonra evə buraxılıblar.

Xatırladaq ki, iyunun 30-da "Maşın bazarı"nda baş verən yanğın nəticəsində bir neçə mağaza yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə