Beyləqan rayon sakininin 44 000 manata yaxın pulunu alan şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyini rəsmi saytına istinadən verdiyi xəbərə görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da rayon sakini Mehman Əliyevə məxsus, içərisində 43270 manat pul olan sellofan torbanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən rayon sakini Yusif Dayandurlu tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB