2 rayonda yanğın olub

Göyçay şəhərində 2 otaqlı evdə yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib.

Nəticədə evin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Füzuli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 20 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə