Bakıda əcnəbi vətəndaşın evi qarət olunub SƏS TV

Bakıda əcnəbi vətəndaşın evi qarət olunub SƏS TV

Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Hadisə rayonun Murtuza Muxtarov küçəsi, ev 179, mənzil 21 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, paytaxta yerləşən xarici şirkətlərin birində menecer işləyən, Ukrayna vətəndaşı, 34 yaşlı Andrey Lisyukunun 5000 ABŞ dolları oğurlanıb. Hadisə ilə bağlı Yasamal rayon polis idarəsinin əməliyyatçıları mənzilə baxış keçiriblər. Evdən barmaq izləri götürülüb. Polis idarəsindən verilən məlumata əsasən hadisəni törətməkdə şübhəli bilinən Andrey Lisyukun evində qulluqçu işləyən Bakı şəhər sakini, 32 yaşlı Lamiyə Əliyeva şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib. O, Yasamal rayon polis idarəsinə çağırılaraq ifadəsi alınıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə