Şabranda yanğın 1 nəfər xəsarət aldı

Şabranda yanğın 1 nəfər xəsarət aldı

Səhər saatlarında Şabranda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli evin girişinin tavan hissəsi 2 kv.m sahədə yanıb. Yanğın zamani 1 nəfər yanıq xəsarəti alıb və təcili tibbi yardım tərəfindən ona yerində ilkin tibbi yardım göstərilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə