Bakıda mebel sexində yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kvadratmetr olan mebel istehsalı sexinin dam örtüyü və içərisində olan taxta məmulatları 30 kvadratmetr sahədə yanıb.
Sexin qalan hissəsi və içərisində olan hazır məhsullar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB