Qaxda yol qəzası olub. 7 yaşlı uşağı maşın vurub. Hadisə rayonun Tasmalı kəndində qeydə alınıb. Belə ki, Qax rayon Güllük kənd sakini, 26 yaşlı Aqşin Şərifov idarə etdiyi "Ford" markalı avtomobillə hərəkətdə olarkən kənd daxilində yolu keçmək istəyən 7 yaşlı Rizvan Yasıbəylini vurub. Uşaq sürücünün və kənd sakinlərinin köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Dərhal yaralı uşağa həkimlər tərəfindən ilk yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə xəsarət alan uşağın bədənində yaralar, sıyrıqlar aşakarlanıb, onun vəziyyəti kafidir, həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB