10 hektar taxıl sahəsi yandı

Ötən gün axşam saatlarında Şəkinin Öyrət kəndində yanğın hadisəsi baş verib. Sahədə başlayan yanğın zamanı 10 ha biçilmiş taxıl sahələri yanıb.

Hadisə yerinə dərhal FHN-in Şəki Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb edilib. Hava şəraitinin küləkli olması yanğının əhatə dairəsini genişləndirib. Təxminən 5 saatdan sonra yanğın tam söndürülüb və yanğının biçilməmiş taxıl sahələrinə keçməsinin qarşı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə