“VAZ–014”lə FORD toqquşdu xəsarət alanlar var

“VAZ–014”lə FORD toqquşdu xəsarət alanlar var

Səhər saatlarında Şamaxı rayonunda ağır yol qəzası olub. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində qeydə alınıb.

1987-ci il təvəllüdlü Şamaxı sakini İbrahimov Şahin İsgəndər oğluna məxsus VAZ-014 markalı avtomobil Ford markalı yük avtomobili ilə toqquşub və VAZ- 014 markalı avtomobil yoldan çıxaraq yolun kənarında duran 1969-cu il təvəllüdlü Səmədova Gülparə Şahbaba qızını vurub. Qəzada xəsarət alan sürücü Şahin İbrahimov və Gülparə Səmədova Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib.

Faktla bağlı Şamaxı rayon polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə