Məhəllə-məhəllə gəzərək dəmir, alüminium və mis yığan şəxs oğurluq edib. Hadisə bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu Mirəli Seyidov küçəsində Aydın Əliyevə məxsus evdə olub. Zərərçəkmiş həmin vaxt polisə məlumat verib ki, bağ evində olduğu vaxt birinci mərtəbədə olan evindən 20 min manatlıq qızılları oğurlanıb. Hətta həmin vaxt zərərçəkmiş iddia edirdi ki, cinayətkar evinə zirzəmidən daxil olub.
Hadisə yerinə baxış keçirən polis müəyyən izlərlə və müşahidə kameraları vasitəsi ilə oğurluqda şübhəli bilinən Kürdəmir sakini Məqsəd Teymurov saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Bununla belə o, Aydın Əliyevin evinə girmədiyini deyir.
Əvvəllər oğurluq maddəsi ilə məhkum olunmuş Məqsəd Teymurov qızılları götürdükdən sonra heç nə olmamış kimi zirzəmidən çıxaraq öz işənə davam edib. Yasamaldan, Nizami rayonuna metronun Neftçilər stansiyasına gələn kimi qızılları satıb.
Pulların yarıdan çoxunu xərcləyən şəxs dəymiş maddi ziyanın çəmi 1700 manatını qaytara bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB