1994-ci ildən bu yana Özbəkistanda 55,4 ton nakkotik vasitə məhv edilib. Özbəkistanda həyata keçirilən əməliyyatlarda ələ keçirilən təxminən 1,5 tona yaxın narkotik vasitə məhv edilib. Bu barədə Özbəkistan Milli Kəşfiyyat Təşkilatının məlumatında deyilir.
Məlumata görə, 1 ton 438 kiloqram narkotik maddənin paytaxt Daşkənd yaxınlığındakı bir metal zavodunun sobasında yandırılaraq məhv edildiyi ifadə edilib. Narkotikin məhv edilməsində yerli və xarici media nümayəndələri, həmçinin BMT əməkdaşları iştirak edib.
Məlumatda qeyd edilir ki, narkotik istehsalının geniş yayıldığı Əfqanıstan ilə sərhəddə yerləşən Özbəkistana belə vəziyyət mənfi təsir edir.
Özbəkistanda ilk dəfə 1994-ci ildə 14 ton narkotikin yandırıldığı, bu günə qədər məhv edilən narkotik miqdarının 55,4 tona çatdığı deyilir. Keçən il Özbəkistanda 6 min 548 narkotik qaçaqmalçılığı hadisəsinin qeydə alındığı, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulanlardan 138 nəfərin əcnəbi vətəndaş olduğu deyilir.
Ölkədə isə narkotik asılığından əziyyət çəkənlərin sayının 13 min 218 nəfər olduğu ifadə edilib. Əfqanıstanda istehsal olunan narkotikin əhəmiyyətli bir qisimi "şimal marşrutu" kimi bilinən və bu ölkə ilə ortaq sərhədləri olan Tacikistan ilə Özbəkistan üzərindən Rusiya və Avropa ölkələrinə çatdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB