FHN civə dağıntılarını təmizlədi

FHN civə dağıntılarını təmizlədi

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub. SİA nazirliyin saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi element Nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb. Çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 11:15-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə