Kürdəmir rayonu, Qarabucaq qəsəbəsində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1050 kv.m olan fermanın yanar konstruksiyaları 350 kv.m sahədə və içərisinə yığılmış 30 ton ot bağlaması yanıb. SİA-nın məlumatına görə, fermanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB