8 ton ot bağlaması yanıb

Xaçmaz rayonu, Qaradağ Buduq kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları 67 kv.m sahədə və talvarın altına yığılmış 8 ton ot bağlaması yanıb. SİA-nın məlumatına görə, talvarın qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın saat 06:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə