Gecə Bakıda ağır cinayət olub. Həyat yoldaşı ilə mübahisə edən kişi onu boğaraq qətlə yetirib. Hadisə Səbail rayonunda baş verib. Suraxanı rayonunda isə qardaş bacısını sosial şəbəkədən istifadə etdiyinə görə bıçaqlayıb.
Kişi həyat yoldaşını boğaraq qətlə yetirib. Hadisə paytaxtın Səbail rayonu Gülbala Əliyev küçəsində baş verib. 45 yaşlı Müzəffər Piriyev yaşadıqları evdə 34 yaşlı Cəlalə Abbasova ilə mübahisə edib. Mübahisə o həddə çatıb ki, kişi arvadını boğaraq öldürüb.
Hadisədən ilk xəbəri qonşular tutub və polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları Müzəffər Priyevi yerindəcə saxlayıblar. O, dindirmə zamanı həyat yoldaşını boğaraq öldürdüyünü etiraf edib.
Qonşuların verdiyi məlumata görə hadisə olan ailədə tez-tez münaqişə olub. Usta olan Müzəffər Piriyevin isə içki düşkünü olduğu deyilir. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
Gecə Suraxanı rayonunda isə qardaş bacısını bıçaqlayıb. Bülbülə qəsəbəsində 36 yaşlı Ramil Əhmədov bacısı 25 yaşlı Ramilə Əhmədova ilə sosial şəbəkədən istifadə etməsinə görə mübahisə edib. Əsəblərinə hakim ola bilməyən Ramil bacısını bıçaqlayıb. Yaralı xəstəxanaya gətirilib və dərhal əməliyyat olunub. Həkimlər Ramilə Əhmədova da 10-a yaxın bıçaq xəsarətinin olduğunu bildiriblər.
Hadisədən sonra Ramil Əhmədov ''102'' məlumat verərək bacısını bıçaqlandığını deyib. 31-ci polis bölməsinin əməkdaşları Ramil Əhmədovu saxlayaraq istintaqa təhvil veriblər. Bu faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB