Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün rayonun Türkəci kəndində qeydə alınıb. 34 BA 013 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində rayonun Bərşad kənd sakinləri, 59 yaşlı Soltanəli Ağəli oğlu İbrahimov, 58 yaşlı Zakir Bəşir oğlu Bəşirov hadisə yerində ölüb, 51 yaşlı Faxrədin Fəzail oğlu Abbasov və 55 yaşlı Şakir Bəşir oğlu Bəşirov isə xəsarət alıb.
Hadisəyə səbəb sürücünün içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi olub.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB