Qazaxda qətlə yetirilən qadının şəxsiyyəti müəyyənləşib SƏS TV

Qazaxda qətlə yetirilən qadının şəxsiyyəti müəyyənləşib SƏS TV

Bir neçə gün əvvəl Qazax rayonunda tapılmış naməlum qadın meyitinin şəxsiyyəti müəyyənləşib. Meyit Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsusdur.

Onun Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən qətlə yetirildiyi məlum olub. Eldəniz Babayev Bakı şəhərində saxlanılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata görə, iyunun 19-da səhər saatlarında Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib. Məlumatda həmçinin meyitin göbək nahiyəsində cərrahiyyə əməliyyatının izləri olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə