Tovuzda yanğın

Tovuzda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Ağdam kəndində vətəndaşa məxsus həyətyanı sahədə 500 kv.m sahədə quru ot və əraziyə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə