Naxçıvanda növbəti zəlzələ

İran Azərbaycan sərhəddində daha bir zəlzələ olub. SİA-nın Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinadən verdiyi xəbərə görə, iyunun 22-də yerli vaxtla axşam saat 20:56-da Naxçıvandan 86 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 4.6, dərinliyi 2 kilometr olub.

Qeyd edək ki, ilk zəlzələ iyunun 22-i yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə